36 C
Baku
20 İyul 2025, 14:57
Baş xəbərHadisə

Paytaxtda yanğın hadisəsi baş verdi – FOTOLAR + VİDEO

Bugun.tv xəbər verir ki, Bakıda yanğın olub. Hadisə Yasamal rayon Mirəli Seyidov küçəsi 33 ünvanında baş verib.

“Musabəyov” kimi tanınan park ilə üzbəüzdə, “Rich Plaza”nın yuxarı mərtəbəsində yerləşən mənzillərdən biri alovlanıb.

Yasamalda yanğın
Əraziyə yanğınsöndürənlər cəlb olunub

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yasamal rayonu üzrə əməkdaşları cəlb olunub.

Ərazidəki avtomobillərin çoxluğu və alovun yuxarı mərtəbədə baş verməsi yanğınsöndürənlərin işini çətinləşdirib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Rich Plazanın binası yandı
Rich Plazanın binası

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Beynəlxalq abidələr və tarixi yerlər günü ilə əlaqədar sərgi olacaq

Aynur Camal

“Türkiyə demokratiya dərsi keçdi”

Aynur Camal

Rusiyada Ural çayında suyun səviyyəsi 11 metri keçib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu