17 C
Baku
10 İyun 2025, 4:51
Baş xəbərDünya

Pekində türk çayı təqdim edildi

Bugun.tv xəbər verir ki, Çinin paytaxtı Pekində Çin Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirdə çinli və digər xarici qonaqlara türk çayı təqdim olunub.

Çinin Mədəniyyət və Turizm Nazirliyi mayın 21-də qeyd olunacaq “Beynəlxalq Çay Günü” münasibəti ilə Pekinin Xinging rayonundakı Prince Kung pavilyonunda “Harmoniya üçün çay” adlı toplantı keçirib.

41 ölkədən 75 səfir və diplomatın, 200-ə yaxın çinli və xarici qonağın qatıldığı tədbirdə Türkiyənin yaratdığı stenddə qonaqlara türk çayı ikram edilib.

Çinin mədəniyyət və turizm naziri Hu Hiping, Türkiyənin Pekindəki səfiri İsmail Hakkı Musa ilə dadarkən, türk çayına görə minnətdarlığını ifadə etdi.

Tədbirdə Türkiyə ilə yanaşı Argentina, Zimbabve, Cənubi Afrika, Mavrikiy və Şri Lanka kimi ölkələr qurduqları stendlərdə qonaqlara öz çaylarını təklif ediblər.

Çinin ənənəvi çay dəmləmə üsulları və çayla bağlı sosial təcrübələri 2022-ci ildə YUNESKO-nun Qeyri-Maddi İnsan İrsi üzrə Reprezentativ Siyahısına daxil edildikdən sonra Çin hökuməti bütün dünyada Çin çay mədəniyyəti haqqında məlumatlılığı artırmaq üçün tədbirlər həyata keçirir.

“Harmoniya üçün çay” tədbiri Pekindən sonra Türkiyə də daxil olmaqla 41 ölkədə təkrarlanacaq. Tədbir “sivilizasiyalar arasında dostluq dialoquna və qarşılıqlı öyrənməyə töhfə vermək” məqsədi daşıyır.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

KTMT ölkələri baş katibin rəhbərliyi ilə Ermənistana missiya göndərmək barədə razılığa gəliblər

Aynur Camal

Kremldən Moskvada baş verən partlayışla bağlı açıqlama

Aynur Camal

Pentaqon 60 minə yaxın mülki işçini ixtisar etməyi planlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu