“Ukraynanın şərqində Rusiya və Ukrayna arasında çoxlu qarşılıqlı artilleriya var, lakin tərəflər heç bir irəliləyiş əldə edə bilməyiblər”.
Bugun.tv xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək rütbəli rəsmisi bildirib.
“Müharibə mühüm mərhələdədir. Şərqdə (Ukrayna) qarşıdurmalar davam edir, lakin son vaxtlar ərazi nəzarətində ciddi dəyişiklik baş verməyib. Əhəmiyyətli artilleriya atəşinin olduğu və hər iki tərəfin manevr qazancının olmadığı cəbhələrdə vəziyyət nisbətən sabitdir”,- Pentaqon rəsmisi əlavə edib.
Qeyd edək ki, bu fikirlər ABŞ rəhbərliyinin Ukraynaya 2 milyard 600 milyon dollarlıq əlavə hərbi yardım edəcəyi açıqlamasının ardından səsləndirilib. Rusiyanın müharibədə ağır əsgər itkiləri verməyə davam etdiyini iddia edən rəsmi, bu ölkənin dəstəklədiyi “Vaqner Qrupu”nun “sadəcə ətçəkən maşınına atıldığını” və rus qoşunlarının qurduğu müdafiə xətti səbəbiylə hərəkət edə bilmədiklərini ifadə edib.
Qurum rəsmisi meydanda dinamikanı dəyişmək üçün ukraynalılara dəstək verdiklərini bildirib.
Ukraynanın tədricən hava hücumundan müdafiə qabiliyyətinə yiyələnməsinin vacibliyini vurğulayan yüksək rütbəli məmur bu ölkəyə sursat tədarükünü davam etdirəcəklərini deyib.
Mənbə: TRT Haber