28 C
Baku
8 Sentyabr 2025, 20:40
Digər

Pentaqon Kaliforniyadakı hərbi bazasının bir hissəsini icarəyə verə bilər

Bugun.tv xəbər verir ki, NBC telekanalının məlumatına görə, hazırda Kaliforniya ştatında yerləşən Dəniz Piyadaları Korpusuna məxsus bazanın müəyyən sahələrinin icarəyə verilməsi ilə bağlı Pentaqonda müzakirələr gedir. Bu, yeni raketdən müdafiə sistemi olan “Qızıl günbəz” layihəsinə əlavə maliyyə vəsaitinin cəlb olunması ilə bağlıdır. Baza ərazisinin cəmi dörddəbir hissəsi hazır olsa da, dəniz piyadaları təlimlər zamanı istifadəyə verilməmiş ərazilərdə müxtəlif manevrlər həyata keçirirlər. Xatırladaq ki, bu ilin may ayında ABŞ Prezidenti Donald Tramp “Qızıl günbəz” adlı yeni raketdən müdafiə sisteminin memarlıq konsepsiyasının seçildiyini bəyan edib. Dövlət başçısının sözlərinə görə, layihənin dəyəri təxminən 175 milyard dollardır. Trampın ikinci prezidentlik müddətinin sonunadək istifadəyə verilməsi planlaşdırılan yeni sistemə yerüstü, dəniz və kosmik komponentlər daxil olacaq.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Süni intellektlə təchiz edilmiş stetoskop ürək xəstəliklərini saniyələr içində aşkar edə biləcək

İntizar Əmirova

Ağ xalatlı xilaskarlar…

Elnarə Dərziyeva

Ağstafada dövlət qurumlarının iştirakı ilə əlilliyi olan qadınlara dəstək məqsədilə dəyirmi masa keçirilib

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu