17 C
Baku
10 İyun 2025, 6:45
Baş xəbərDünya

Pentaqon Şimali Koreyanın Rusiya üçün Ukraynaya əsgər göndərməsi ilə bağlı iddiaları araşdırır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şimali Koreyanın Rusiyaya dəstək üçün Ukraynaya qoşun göndərdiyinə dair iddiaları araşdırdığını açıqlayıb. Gündəlik mətbuat konfransında danışan Pentaqonun mətbuat katibi Briqada generalı Patrik Rayder Pxenyanın Rusiyaya kömək etmək üçün Ukraynaya qoşun yeritdiyinə dair iddialardan xəbərdar olduqlarını, lakin hələlik təsdiq edə bilmədiklərini bildirib.

İddiaları araşdırdıqlarını və məsələni yaxından təqib etməyə davam edəcəklərini ifadə edən Rayder, “İddialar doğrudursa, bu, Rusiya ilə Şimali Koreya arasındakı əməkdaşlığın irəlilədiyini göstərir. Bu, həm də Rusiyanın içində olduğu dəhşətli vəziyyəti ortaya qoyur” deyib.

Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı (Aİ) liderləri ilə görüşdən sonra Brüsseldə jurnalistlərə bildirib ki, Rusiya döyüş meydanına təxminən 10 min Şimali Koreya əsgərini yerləşdirməyə hazırlaşır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanın vitse-prezidenti Hikmət Hacıyev İsraildədir

Aynur Camal

Ağ Evdən Putinə seçki reaksiyası: İşə qarışmağı dayandırın

Aynur Camal

113 əsir azad edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu