10 C
Baku
12 Dekabr 2024, 14:44
Dünya

Pentaqon yeni Tramp administrasiyasına nizamlı keçidə hazır olduqlarını bildirib

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib ki, Müdafiə Nazirliyi (Pentaqon) seçilmiş prezident Donald Trampın yeni administrasiyasına nizamlı keçidi təmin etməyə və “bütün qanuni əmrlərə” əməl etməyə hazırdır. Ostinin hərbçilərə göndərdiyi sirkulyar açıqlanıb.

Yeni Tramp administrasiyasına “sakit, nizamlı və peşəkar keçid” olacağını qeyd edən Ostin sirkulyarda deyib: “ABŞ ordusu həmişə olduğu kimi, növbəti baş komandanının siyasət üstünlüklərini həyata keçirməyə və tələblərə əməl etməyə hazır olacaq. Bütün qanuni əmrlər mülki komandanlıq zəncirindən gəlir” ifadələrini paylaşıb.

Ostin sirkulyarda həmçinin bəyan edib ki, ABŞ ordusu “siyasi arenadan kənarda qalmağa” davam edəcək, ölkəni prinsipial və peşəkarlıqla qoruyacaq, müttəfiqləri və tərəfdaşları ilə birgə hərəkət edəcək.

“Keçmişdə hamar və ya dinc olmayan keçidlər olub.”

Ostinin ABŞ hərbçilərinə göndərdiyi sirkulyar Pentaqonun sözçüsü Sabrina Sinqhin gündəlik mətbuat konfransında da suallar doğurub.

Jurnalistlərin suallarını cavablandıran Sinq bunun “standart bir təcrübə” olduğunu müdafiə etdi və dedi: “Bu, görünməmiş bir vəziyyət deyil. Bu, açıq şəkildə çatdırmaq istədiyi bir mesaj idi ki, apolitik bir ordu növbəti komandanlığa xidmət etməyə davam edəcək”.

Sirkulyarın Trampın əvvəlki açıqlamaları ilə bağlı bir mesaj olub-olmaması ilə bağlı suala Sinq, “Bu, xatırlatmaq lazım olduğunu hiss etdiyimiz bir şey idi. Keçmişdə görmüsünüz, hamar və dinc olmayan keçidlər oldu. Buna görə də, biz bir mesaj təmin etmək istəyirik” deyib. Dinc bir keçid və gələn komandanın müvəffəqiyyətli olması üçün ehtiyac duyduqları yapı taşları var. Qərarlıyıq” ifadələrini paylaşıb.

Keçən ay verdiyi müsahibədə yeni seçilmiş prezident Tramp seçkilər və hakimiyyət dəyişikliyi zamanı “xaos” gözləyib-gözləmədiyini soruşduqda ABŞ ordusunun ona qarşı çıxan vətəndaşlara qarşı istifadə oluna biləcəyinə eyham vurmuşdu.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Yuventus” Rabiot ilə müqaviləni yeniləməyə yaxındır

Nigar Məmmədova

Qəzza zolağında elektrik enerjisi tamamilə kəsilib

Bugün TV

Beynəlxalq Enerji Agentliyi qlobal istiləşmə ilə bağlı çağırış etdi!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu