7 C
Baku
21 Dekabr 2025, 13:44
Baş xəbərSiyasət

Pentaqonun adının dəyişdirilməsi Trampa baha başa gəldi: “Bizi müharibə qızışdırıcıları kimi göstərəcəklər”

ABŞ prezidenti Donald Tramp Pentaqonun adını “Müharibə Departamenti” adlandırmaq qərarına gəlib. Bununla belə, bir çox məmurlar bu qərarı tənqid edib və bunun milyardlarla dollara başa gələcəyini bildiriblər.

ABŞ KİV-ləri prezident Donald Trampın Müdafiə Nazirliyinin (Pentaqonun) adının dəyişdirilərək “Müharibə Departamenti” adlandırılması qərarının hökumətə xeyli xərc çəkə biləcəyini yazıb.

“Politico” yazır ki, Trampın dünən bu dəyişikliyi təklif edən icra sərəncamını imzalaması bir çox ABŞ rəsmiləri arasında qəzəb və təəccüblə qarşılanıb. Bəzi rəsmilər “Hərbçilərin problemlərini həll etməyəcək bu kosmetik addım milyardlarla dollara başa gələ bilər” şərhini verib.

Anonim keçmiş ABŞ müdafiə rəsmisi, “Bu dəyişiklik tamamilə ABŞ-ın yerli auditoriyası üçün edilir və Çin və Rusiya ilə bağlı hesablamalara qətiyyən təsir etməyəcək. Daha da pisi odur ki, bundan düşmənlərimiz ABŞ-ı müharibə alovu və beynəlxalq sülh və sabitliyə təhdid kimi qələmə vermək üçün istifadə edə bilər”.

Trampın ABŞ Konqresinə təklif etdiyi qətnamə bütün 50 ştatda və 40 digər ölkədə ABŞ Müdafiə Nazirliyinin 700 mindən çox obyektində departament möhürlərinin dəyişdirilməsini tələb edəcək.

ABŞ ordusunun 6 bölməsi və onlarla agentliyinin istifadə etdiyi blanklardan tutmuş yeməkxanalardakı salfetlərə, ABŞ Senatının təsdiq etdiyi rəsmilərin tikmə gödəkçələrindən Pentaqonun rəsmi hədiyyə dükanında kiçik əşyalara qədər geniş çeşiddə dəyişikliklərin edilməsi gözlənilir.

Məlumdur ki, Trampın ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilməsi ilə bağlı sərəncamı Konqresin təsdiqini və problemin həlli üçün qanunun qəbulunu tələb edir. Bununla belə, Tramp administrasiyasının Konqresin təsdiqindən yayınmaq üçün müxtəlif yollar axtardığına inanılır.

ABŞ Prezidenti Donald Trampın dünən imzaladığı sərəncamdan sonra Ağ Ev sosial mediada ABŞ Müdafiə Naziri Pete Hegseth-in ofisinin qapısındakı ad lövhəsinin sərəncamda göstərildiyi kimi “ABŞ Müharibə Naziri Pete Hegseth” yazısı ilə əvəz edildiyini göstərən bir yazı paylaşıb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Gənclər və İdman naziri Fərid Qayıbov “imtahanda”

Aynur Camal

Meşə yanğını oldu

Bugün TV

Deputat həyacan təbili çaldı: iki aktiv təhlükə var – biri milli, digəri dini məsələdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu