Bugun.tv “Livescience” nəşrinə istinadla xəbər verir ki, arxeoloqlar Huaka Yolanda məbəd kompleksindəki nisbətən nazik yer təbəqəsi altında qeyri-adi dərəcədə yaxşı qorunub saxlanılan təxminən 3 min il yaşı olan freska aşkar ediblər. Buradakı divarlarda mavi, sarı, qırmızı və qara boyaların parlaq rəngləri hələ də görünür. Bu təsvirlərdə balıqlar, bitkilər, ulduzlar və mənası hələ də deşifrə edilməmiş mifoloji varlıqların fiqurları əks olunub. Tapıntının ölçüləri heyranedicidir: freskanın təxminən altı metr uzunluğu və üç metr hündürlüyü var. Nadir kəşfi edən alimlər qrupunun rəhbəri, Peru Papa Katolik Universitetinin arxeoloqu Sesiliya Maurisionun sözlərinə görə, rəsm Formativ dövrə (e.ə. 2000-1000-ci illər) aid yerli məbədin atriumunun daxili divarlarını bəzəyib. Məhz həmin dövrdə mürəkkəb cəmiyyətlər ilk dəfə indiki Peru ərazisində formalaşmağa başlayıb, burada din, incəsənət və müxtəlif sosial ayinlər getdikcə daha əhəmiyyətli rol oynayıb.
növbəti yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
