Perunun cənubunda sərnişin avtobusunun uçuruma aşması nəticəsində 24 nəfər ölüb, 21 nəfər yaralanıb.
Bugun.tv xəbər verir ki, ölkənin rəsmi agentliyi Andinadan verilən xəbərə görə, Huancayo və Huanta şəhərləri arasında hərəkət edən avtobus Ayacucho şossesində 200 metrlik uçuruma düşüb.
Bölgəyə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadası göndərilib, yaralılar xəstəxanalara aparılıb.
RPP Radiosuna verdiyi açıqlamada Anco Bələdiyyə Başçısı Manuel Zevallos qəzanın olduğu yolda daha əvvəl də sürüşmənin baş verdiyini və yolun baxım işlərinin aparılmadığını müəyyən etdiklərini bildirib.
Milli Yol Təhlükəsizliyi Şurasının rəqəmlərinə görə, Peruda hər il təxminən 3 min insan yol qəzalarında ölür və 55 min adam yaralanır.
