28 C
Baku
11 Sentyabr 2025, 16:09
DünyaHadisə

Hökumət əleyhinə etirazlarda ölənlərin sayı 69-a çatdı

Bugun.tv xəbər verir ki, ötən ayın sonunda Peruda hökumət əleyhinə nümayişlərdə yaralanan daha bir nəfərin ölümündən sonra etirazlar şiddətlənib və ölənlərin sayı 69-a çatıb.

Peru mətbuatının məlumatına görə, hökumət əleyhinə nümayişlərdə yaralanan 37 yaşlı Manuel Quilla Puno bölgəsindəki Culiaca şəhərində dünyasını dəyişib.

Quillanın ölümündən sonra açıqlama verən ailə üzvləri Quillanın polis idarəsində məruz qaldığı işgəncələr nəticəsində öldüyünü iddia edib.

Ölkədəki insan haqları təşkilatlarının məlumatına görə, etirazlarda ölən 69 nəfərdən 50-nin təhlükəsizlik qüvvələrinin birbaşa müdaxiləsi nəticəsində olduğu iddia edilib.

Xatırladaq ki, nümayişçilər prezident Dina Boluartenin istefasını, Konqresin bağlanmasını və dərhal növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

Peruda etirazlar keçmiş prezident Pedro Kastilonun 2022-ci il dekabrın 7-də Konqres tərəfindən impiçment edilməsindən sonra başlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Müalicəvi xüsusiyyətləri ilə diqqət çəkən 5 bitki

Aynur Camal

Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı

Aynur Camal

Əmi qardaşı oğlu tərəfindən qətlə yetirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu