14 C
Baku
22 Noyabr 2024, 13:24
DünyaHadisə

Peruda Yaku qasırğası 10-larla insanın həyatına son qoydu

Paytaxt Lima başda olmaqla, ölkənin bir çox şəhərində təsirli olan Yaku qasırğası yüzlərlə dağıntıya səbəb olub. Təbii fəlakət  65 nəfərin həyatına son qoyub.

Bugun.tv xəbər verir ki, bu barədə Peru mətbuatının yaydığı məlumatda bildirilib.

Mülki Müdafiənin son hesabatına görə, təbii fəlakətdən 66 min 853 nəfər zərər çəkib. 9 min 677 evə ziyan dəyib, 1541 ev yararsız hala düşüb.

Bundan əlavə, 56 məktəb, 116 sağlamlıq mərkəzi, 239 körpü, 640 kilometrlik yol isə zərər görüb. Yerli Milli Meteorologiya və Hidroloji Xidmət  verdiyi açıqlamada Amazonas, Arekipa, Huancavelicadakı 11 çayın axın sürətini açıqlayıb. Lima, Loreto və San Martin bölgələri təhlükəli həddə çatıb.

Qeyd edək ki, prezident Dina Boluarte martın 15-də tropik Yaku qasırğasının səbəb ola biləcəyi iqlim hadisələri ilə əlaqədar paytaxt Limada qırmızı həyəcan elan etmişdi.

Mənbə: NTV

Nigar Məmmədova

Oxşar xəbərlər

Gülben Ergenin xəncərli libası sosial mediada çox müzakirə olundu

Aynur Camal

Qəribə hadisə: O, corabına doldurduğu tısbağalarla avarçəkərək qaçmağa çalışdı

Aynur Camal

Həddindən artıq istilər səbəbindən 98 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu