Digər

Perunun sabiq prezidenti Martin Viskarra azadlığa buraxıldı

Bugun.tv xəbər verir ki, qərar Peru məhkəməsinin sosial media hesabında açıqlanıb. Qeyd edək ki, avqust ayında aşağı instansiya məhkəməsi sabiq dövlət başçısına qarşı beş aylıq həbs qərarı çıxarıb. Ali Məhkəmə isə həmin qərarın verilməsi zamanı prokurorluğun müraciətinə baxılarkən prosessual pozuntulara yol verildiyini bildirib. İstintaq məlumatına görə, Martin Viskarra 2011–2014-cü illərdə Mokequa departamentinin qubernatoru vəzifəsində çalışdığı dövrdə müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı tenderlərdə iştirak edən şirkətlərdən rüşvət alıb. Perunun Baş prokurorluğu ona qarşı 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyir. Sabiq prezident isə özünə qarşı irəli sürülən ittihamları rədd edir.

Bugün TV

Oxşar xəbərlər

Dietoloq səhərlər kofesiz oyanmağın yolunu açıqlayıb

Aynur Camal

Diplomat Avropa Birliyini tənqid etdi

Aynur Camal

Sanders İsrailə silah satışının dayandırılması üçün yeni təşəbbüslə çıxış edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu