7 C
Baku
21 Dekabr 2025, 3:11
Digər

“PeşəFest” layihəsinin sonuncu konfransı baş tutdu

Bugun.tv– xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən müasir əmək bazarının tələblərinə uyğun peşə və ixtisasların tanıdılması, gənclərin gələcək karyera seçimlərində dəstək olunması məqsədilə ölkənin 11 şəhər və rayonunda, o cümlədən Bakı şəhərində həyata keçirilən “PeşəFest” layihəsinin bağlanış mərasimi keçirilib.

Bu barədə öz sosial media hesabında paylaşım edən deputat Ceyhun Məmmədov qeyd edib ki, bu layihə ölkəmizdə əmək bazarının inkişafı, gənclərin məşğulluğunun artırılması və insan kapitalının gücləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

“PeşəFest” gənclərə yalnız peşə tanıtımı deyil, həm də əmək bazarının real tələblərini anlamaq, öz potensialını düzgün istiqamətə yönləndirmək və gələcək üçün strateji karyera planı qurmaq imkanı yaradır.

Bu cür layihələrin həyata keçirilməsi, dövlətin gənclərə qayğısının, peşə təhsilinə verilən önəmin və dayanıqlı məşğulluq siyasətinin bariz göstəricisidir. “PeşəFest” həmçinin dövlət, özəl sektor və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə, gənclərin müasir ixtisaslar üzrə bilik və bacarıqlarını artırmağa şərait yaradır.

Bu təşəbbüs, Azərbaycanın bilik iqtisadiyyatı modelinə keçidini, innovasiyaya əsaslanan iqtisadi inkişafını və rəqabətqabiliyyətli insan resurslarının formalaşmasını dəstəkləyən strateji əhəmiyyət daşıyır.

Əminik ki, bu kimi layihələr gələcəkdə əmək bazarının balanslaşdırılmasına, işsizlik səviyyəsinin azaldılmasına və gənclərin öz ölkəsində uğurlu gələcək qurmasına mühüm töhfə verəcək.

Aynur Camal

Oxşar xəbərlər

Almaniya Prezidentinin administrasiyası üçün müvəqqəti bina 200 milyon avroya başa gələcək

Bugün TV

Putinin İsrail-İran müharibəsi ilə bağlı bəyanatı: Münaqişə artıq arxada qalıb

Aynur Camal

Nuranə Gülər: “Jurnalist cəsarətli, qərəzsiz və vicdanlı olacağını unutmamalıdır”

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu