20 C
Baku
20 Sentyabr 2024, 9:34
Baş xəbər

Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının 8-ci turunun oyunları keçirilib.

Bugun.tvnin əldə etdiyi məlumata görə, “Embawood” və “Ağstafa Dilbaz” çövkən komandaları arasında baş tutan gərgin mübarizə “Embawood” komandasının 5-0 hesablı qələbəsi, saat 17:00-da “Köhlən” və “Zəfər” komandaları arasında keçirilən günün ikinci oyunu “Zəfər” komandasının 1-8 hesablı qələbəsi ilə başa çatıb.

Günün son oyunu saat 18:00-da “Qarabağ” və “Sərhədçi” komandaları arasında keçirilib. Mübarizədə “Sərhədçi” komandası “Qarabağ” komandası üzərində 0-5 hesablı qələbə əldə edib.

Turun növbəti oyunları sentyabrın 11-də keçirilib. Saat 17:00-da baş tutan ilk qarşılaşma “Polad” komandasının “Şirvan” komandası üzərində 7-1 hesablı qələbəsi, saat 18:00-da baş tutan qarşılaşma “Elit” komandasının “Omar” komandası üzərində 4-1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında 9-cu turun oyunları 17-18 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.

Mənbə: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

Aynur Camal

Oxşar xəbərlər

FETÖ-nün keçmiş müəllimi İstanbulda tutuldu

Kəmalə Sultan

Azərbaycan Rəssamlıq Akademiyasına yeni rektor təyin edilib

Aynur Camal

Kənddə yanğını oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu