9 C
Baku
23 Dekabr 2024, 4:34
Baş xəbər

“Peşə sirləri” layihəsi start verib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Binəqədi Gənclər evi sosial xidmət müəssisəsində “Peşə sirləri” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Bugun.tv xəbər verir ki, layihənin əsas məqsədi gənclərə müxtəlif peşə sahələri haqqında bilik və təcrübə qazandırmaq, onların peşəkar inkişafını dəstəkləməkdir.

Bu dəfəki tədbirin qonaqları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis kapitanı Nurlan Əliyev və Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli olub. Görüş zamanı müxtəlif mövzular ətrafında maraqlı və məlumatlandırıcı müzakirələr aparılıb.

Nurlan Əliyev və Lumu İsrəfilli narkotiklə mübarizə yolları haqqında ətraflı məlumat veriblər. Onlar narkotiklərin cəmiyyətə və fərdlərə vurduğu zərərdən danışaraq, bu sahədə görülən tədbirlər və alınan nəticələri paylaşdılar. Görüşdə polis peşəsinin çətinlikləri və həyəcan verici anları da müzakirə olundu. Qonaqlar öz peşə təcrübələrini gənclərlə bölüşərək, polis olmağın məsuliyyət və həyəcan verici tərəflərini vurğuladılar.

 

Tədbirdə eyni zamanda jurnalistika və ictimaiyyətlə əlaqələr sahəsində peşəkar məsləhətlər də verildi. Nurlan Əliyev və Lumu İsrəfilli jurnalistika sahəsində çalışmanın incəliklərini izah edərək, bu sahədə uğurlu olmaq üçün nələrə diqqət yetirilməli olduğunu bildirdilər.

Qeyd edək ki, Binəqədi Gənclər Evində 14-29 yaş arası gənclər üçün klublar, təlimlər, tədbirlər və layihələr ödənişsiz fəaliyyət göstərir.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya güllə və qurğuşun ixracını qadağan edir

Aynur Camal

İstanbulda 29 oktyabr bayramı ilə əlaqədar bəzi yollar nəqliyyata bağlandı

Bugün TV

Meşə sahəsində baş verən yanğın söndürüldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu