7 C
Baku
21 Dekabr 2025, 13:06
DünyaSiyasət

Peskov Federal Təhlükəsizlik Xidmətinin irəli sürdüyü iddianı “ördək” adlandırdı

Bugun.tv xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın hərbi xidmətə yararlı vətəndaşlarının xaricə çıxışına məhdudiyyətlər qoyması ilə bağlı yayılan xəbərləri təkzib edib.

“Bu, adi informasiya “ördəyi” informasiya təxribatıdır, belə deyək”, – Kreml sözçüsü izah edib.

Daha əvvəl Ukrayna KİV-i Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yaymışdı ki, guya 2023-cü il yanvarın 9-dan Rusiya Federal Təhlükəsizlik Xidməti öz sərhəd bölmələrinə ölkə ərazisindən kənara çıxa bilən vətəndaşları məhdudlaşdırmaq barədə göstəriş verib.

Daha əvvəl Kremlin sözçüsü  “Telegram”da hər kəsi Rusiyada səfərbərliyin davam etdirilməsi ilə bağlı mesajlara əhəmiyyət verməməyə çağırıb. O xatırladıb ki, əsas ilkin məlumat mənbəyi Rusiya Federasiyasının hakimiyyət orqanları və prezidentdir.

Mənbə: Vesti.ru

Bugün TV

Oxşar xəbərlər

Zəfər günün mübarək, Azərbaycan!

Bugün TV

Melaniya Trampın Ağ Evdəki rəsmi portreti dərc olundu

Aynur Camal

“Autizmin Sirrləri” adlı beynəlxalq konfrans keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu