8 C
Baku
18 Fevral 2026, 18:52
Dünya

Peskov: “Nə Rusiya, nə də Çin nüvə sınağı keçirib”

WhatsApp Rusiyada bloklandı, Peskov WhatsApp açıqlaması, Kremlin WhatsApp çağırışı, Meta Rusiyada, Roskomnadzor WhatsApp, WhatsApp açılacaqmı, Rusiyada VPN, WhatsApp qadağası, Telegram Rusiyada məhdudiyyət, MAX tətbiqi, Rusiyada yerli tətbiq, WhatsApp yenidən açılacaq, Rusiyanın WhatsApp tələbləri, Rusiya xəbərləri, Kremlin sözçüsü Dmitriy Peskov

Kremlin sözçüsü Dmitriy Peskov Rusiya və Çinin nüvə sınağı keçirdiyi barədə yayılan iddiaları təkzib edib.

O bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir. Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib: “Nüvə sınaqlarının keçirildiyinə dair bəzi məlumatlar eşitdik. Bu kontekstdə həm Rusiya, həm də Çin qeyd olunur. Amma nə Rusiya, nə də Çin nüvə sınağı keçirib”.

Kremlin sözçüsü İsveçrənin Cenevrə şəhərində Rusiya, ABŞ və Ukrayna arasında keçirilən üçtərəfli görüşlərə də münasibət bildirib. Onun sözlərinə görə, danışıqlarda müzakirə olunan mövzular barədə danışmaq düzgün deyil. Peskov qeyd edib ki, müzakirələrin ara nəticələri haqqında fikir bildirmək hələ tezdir və Prezident Vladimir Putinə proses barədə birbaşa məlumat verilir.

Peskov həmçinin Rusiyanın Kubaya dəstək məsələsinə toxunub və bunun ABŞ-la münasibətlərə təsir etməyəcəyini bildirib. O əlavə edib ki, Rusiya Kubaya qarşı tətbiq olunan blokadaya qarşıdır.

Kremlin sözçüsü İranla bağlı da danışaraq Rusiyanın zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirib.

Mənbə:  Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Starmer və Trump Rusiyanın müharibə və İran məsələsini müzakirə etdilər

Aynur Camal

ABŞ–İran nüvə danışıqlarında “irəliləyiş” açıqlaması verilib

Aynur Camal

BMT: Qəzzaya humanitar çıxış hələ də kifayət deyil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu