19 C
Baku
8 Sentyabr 2024, 3:43
DünyaSiyasət

Peskov: “NATO və ABŞ dolayısı ilə münaqişədə iştirak edirlər”

“Əlbəttə ki, NATO və ABŞ dolayısı ilə münaqişədə iştirak edirlər”.

Bugun.tv xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov  deyib.

“Onlar Ukraynanı silah, texnologiya və kəşfiyyatla doldurmaqla faktiki olaraq münaqişənin dolayı tərəfinə çevriliblər. Beləliklə, onların münaqişədə iştirakı aydındır”, – Peskov əlavə edib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ukraynadakı hadisələrin Moskva ilə Kiyev arasındakı toqquşmadan çox, NATO ilə Rusiya arasında hərbi qarşıdurmaya işarə etdiyi barədə fikirlərini şərh edərkən Peskov “Patruşev faktiki vəziyyəti təsvir edib” deyə, bildirdi.

“Öz maraqlarından başqa heç nə  NATO və ABŞ-ı tədarükləri artırmağa sövq edə bilməz. Biz görürük ki, Ukrayna daha mürəkkəb və güclü silahlarla təmin edilir.  Eyni zamanda, silah və sursatların miqdarı və çeşidi də artır”-deyə, Peskov qeyd edib.

Kremlin sözçüsü  bildirib ki, Ukrayna qoşunlarının təlimi intensivləşdirilir və biz bütün bu aspektləri nəzərə almışıq. Bütün bunlar həmin ölkələrin münaqişədə dolayısı ilə iştirakının sübutundan başqa bir şey deyil. Bu, fərziyyə deyil, həqiqətdir.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Hərbi toqquşmalarda ölənlərin sayı 459-a çatdı

Nigar Məmmədova

Özbəkistan parlamenti Rusiyaya rəsmi səfər etməyi planlaşdırır

Aynur Camal

Körpə ilanı dişləyərək öldürdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu