23 C
Baku
11 İyun 2025, 0:58
Dünya

Peskov: Rusiya nümayəndə heyəti İstanbula yola düşüb

Kremlin sözçüsü Dmitri Peskov Rusiya nümayəndə heyətinin İstanbula yola düşdüyünü və bazar ertəsi səhər ukraynalı həmkarları ilə danışıqları davam etdirməyə hazır olduqlarını açıqlayıb.

Peskov mətbuata açıqlamasında “Bu gün sizə bildirmək istəyirəm ki, bizim nümayəndə heyətimiz, Rusiya danışıqlar qrupu İstanbula yola düşüb”.

Kremlin sözçüsü bildirib ki, nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqları davam etdirmək üçün bazar ertəsi səhər danışıqların ikinci raunduna hazır olacaq.

Rusiya və Ukraynanın hazırladığı müqavilə layihələrinin İstanbulda keçiriləcək danışıqların ikinci raundunda müzakirə edilməsinin gözlənildiyini qeyd edən Peskov, Rusiyanın Ukrayna müharibəsi ilə bağlı hazırladığı müqavilə mətninin detallarının ictimaiyyətlə paylaşılmayacağını vurğulayıb.

Danışıqlarda iştirak etməyə hazır olduqları ilə bağlı Kiyev tərəfindən heç bir rəsmi açıqlama verilməyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə iyunun 2-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunun başladığını elan edib.

Rusiya Xarici İşlər Nazirliyi, nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin böhranın əsas səbəblərini aradan qaldırmaq üçün Rusiyadan Ukraynaya alınan memorandumu təqdim edəcəyini açıqlayıb.

Danışıqların sonuncu raundu mayın 16-da baş tutub və “min nəfərə min məhbus” əsasında əsir mübadiləsi və mümkün gələcək atəşkəs üçün baxışla başa çatıb. Hər iki tərəf görüşün yekunlarından razı qaldıqlarını bildiriblər.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Evdə başlayan yanğın meşə ərazisinə keçdi – FOTO

Bugün TV

Instagram Twitter-ə rəqib gəldi

Aynur Camal

Silahlı qarşıdurma zamanı ölənləri sayı 413-ə çatdı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu