5 C
Baku
13 Fevral 2026, 0:26
Dünya

Peskov WhatsApp-a çağırış etdi

WhatsApp Rusiyada bloklandı, Peskov WhatsApp açıqlaması, Kremlin WhatsApp çağırışı, Meta Rusiyada, Roskomnadzor WhatsApp, WhatsApp açılacaqmı, Rusiyada VPN, WhatsApp qadağası, Telegram Rusiyada məhdudiyyət, MAX tətbiqi, Rusiyada yerli tətbiq, WhatsApp yenidən açılacaq, Rusiyanın WhatsApp tələbləri, Rusiya xəbərləri, Kremlin sözçüsü Dmitriy Peskov

Kremlin sözçüsü Dmitriy Peskov Rusiyada bir müddət əvvəl bloklanan WhatsApp tətbiqinin, ölkə qanunlarına əməl etdiyi təqdirdə yenidən istifadəyə açılmasının mümkün olduğunu bildirib.

Bugun.tv xəbər verir ki, Peskov bu barədə Rusiyanın TASS agentliyinə açıqlamasında danışıb. O, WhatsApp-ın Meta şirkətinə məxsus olduğunu xatırladaraq qeyd edib ki, məsələ əsasən qanunlara riayət olunması ilə bağlıdır.

“Əgər Meta Rusiya qanunlarına əməl edib Rusiya qurumları ilə əlaqə yaratsa, o zaman razılaşma əldə etmək mümkün ola bilər”, – deyə Peskov vurğulayıb.

Kremlin sözçüsü əlavə edib ki, Meta Rusiyanın tələblərini nəzərə almasa, WhatsApp Rusiyada yenidən açılmayacaq.

Qeyd edək ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarəti Xidməti (Roskomnadzor) 2025-ci ilin noyabrında yaydığı açıqlamada, qanun pozuntuları səbəbilə WhatsApp-a mərhələli şəkildə bloklama tətbiq edildiyini bildirmişdi.

Həmin tarixdən sonra ölkədə WhatsApp-a giriş tam dayandırılıb və istifadəçilər tətbiqə daxil olmaq üçün əsasən VPN xidmətlərindən istifadə etməyə başlayıblar.

Məlumata görə, Rusiyada Telegram tətbiqinə də müəyyən məhdudiyyətlər tətbiq edilir. Bu fonda yaxın zamanda istifadəyə verilən yerli MAX tətbiqi isə xüsusilə dövlət qurumlarında sürətlə yayılmağa başlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Dünyada ən kiçik quş hansıdır?

Aynur Camal

Bilirdinizmi? Dünyada ən uzun asfalt yol 30 mindən çox kilometrdir

Aynur Camal

Luvr Muzeyində bilet fırıldağı şəbəkəsi ifşa olundu: 9 nəfər saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu