17 C
Baku
10 İyun 2025, 9:15
Baş xəbər

Peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı məlumatlandırma sessiyası keçirildi

Bugun.tv-yə daxil olan məlumata görə, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə 2025–2026-cı illər ərzində müəllimlərin attestasiyası keçiriləcək.

Bununla bağlı 7-8 yanvar tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan G.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət, Ə.Bakıxanov adına 6 nömrəli və 37 nömrəli Uşaq Musiqi məktəblərində, R.Behbudov adına 2 nömrəli və T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəblərində məlumatlandırma sessiyaları keçirilib.

Sessiyalarda mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru v.i.e. Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər əməkdaşlar iştirak ediblər.

Sessiyaların keçirilməsində əsas məqsəd attestasiya ilə bağlı müəllimləri narahat edən məqamlara toxunub maarifləndirici söhbətlər aparmaq və onları maraqlandıran sualları cavablandırmaqdır.

Görüş zamanı qarşılıqlı dialoqlar vasitəsilə bir çox fikirlər səsləndirilib və geniş müzakirələr aparılıb.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

“Prezident Velosiped Turu”nun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

Aynur Camal

Rusiya: Dünyanın qalan hissəsi ABŞ-ın çirkabını təmizləməli olacaq

Bugün TV

Vladimir Putin prezident seçkilərində iştirak edəcəyini bildirdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu