18 C
Baku
12 Sentyabr 2025, 22:21
Baş xəbərSosial

Peşəkar təlimçi Günel İbrahim dövlət qurum əməkdaşlarına təlim keçdi

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Bakı şəhərində növbəti təlim keçirilib.  Layihə çərçivəsində dövlət qurumlarının nümayəndələri iştirak edib.Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İB-nin mətbuat xidmətinin rəhbəri Elnarə Dərziyeva məlumat verib. O, bildirib ki, layihənin ümumi məqsədi yoxsul ailələrdən, o cümlədən qaçqın, məcburi köçkünlər arasında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə əlçatanlığını daha da artırmaqdır.“Təlim gün ərzində, peşəkar təlimçi Günel İbrahim tərəfindən keçirilib. Məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılmasıdır. Təlim zamanı slayd üzərindən təqdimatların hazırlanması, problemlərin qoyulması, insan fizanomiyasında kodlar, yanaşma və ünsiyyət yollarının təsviri öyrədilməsidir”, -deyə, Elnarə Dərziyeva əlavə edib.Təlimdə iştirakçılara nitq üslubu, beynəlxalq müraciət formaları öyrədilib. Əlilliyi olan qadınların özəlliyi və statistikada olan göstəricilərin dəyişməsi üçün atılacaq addımlar müzakirə edilib.

Mənimsədiən materialların aşılanma səviyyəsini ölçmək məqsədi ilə başlanğıc və sonda test sualar paylanılıb. Təlim sonunda konsultasiya yazılanların qeydiyyatə aparılmışdır. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Təlimdə 27 nəfər iştirak edib.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Paytaxt ərazisindən avtomibil qaçıranlar saxlanıldı

Kəmalə Sultan

ABŞ-ın Kiyevə təklifi Krımın Rusiya kimi tanınmasını ehtiva edir

Aynur Camal

ABŞ-dan İsrail və Həmas-a “Yaxşı, ya davam et” təklifi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu