18 C
Baku
12 Sentyabr 2025, 22:53
DünyaSiyasət

Pezeşkian və Sisi İranın nüvə enerji faylını müzakirə ediblər

Misirin dövlət çevrilişinə cəhd edən prezidenti Əbdülfəttah əs-Sisi İran prezidenti Məsud Pezeşkianla telefon danışığında tərəflərin nüvə məsələsində danışıqlar masasına qayıtmasının vacibliyini vurğulayıb.

Misir prezidenti Sisi ilə İran prezidenti Pezeşkian arasında İranın nüvə proqramı ilə bağlı telefon danışığı olub.

Misir Rəyasət Heyətindən verilən açıqlamaya görə, Sisi bölgədə gərginliyin artması fonunda sabitliyin qorunmasının vacibliyini vurğulayaraq, “İranın nüvə məsələsində tərəflərin danışıqlar masasına qayıtması regional təhlükəsizliyi təmin edəcək və gərginliyin qarşısını alacaq sülh yolu ilə həllin ilkin şərtidir” ifadəsini işlədib.

Pezeşkian da öz növbəsində İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında dialoqun asanlaşdırılmasındakı roluna görə Misirə təşəkkür edib və Qahirənin vasitəçiliyi ilə əldə olunan razılaşmanın əhəmiyyətini vurğulayıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

BMT Baş Assambleyasının Fələstin üzrə xüsusi sessiyası öz işini dekabrın 12-də davam etdirəcək

Bugün TV

ABŞ-da Fələstinə dəstək verməklə günahlandırılan 7 tələbənin iddiası düşürüldü

Aynur Camal

Qazaxıstanda ilk AES-in tikintisinə rəsmən start verildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu