Bugun.tv xəbər verir ki, Bursansanın Mustafakemalpaşa rayonunda yük maşını ilə süd yığan mikroavtobusun toqquşması nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda jandarma, xilasetmə və 112 Təcili Sağlamlıq qrupu cəlb edilib. Yaralılar arasında həyati təhlükəsi olan 2 nəfər ilkin tibbi yardımdan sonra Mustafakemalpaşa Dövlət Xəstəxanasına aparılaraq Bursa Uludağ Universiteti Xəstəxanasına yerləşdirilib. Vasitədə ilişdiyi yerdən çıxarılan cansız cəsədi Mustafakemalpaşa xəstəxanasının meyitxanasına göndərilib.
TRT Haberin məlumatına görə, müalicəsi tamamlanan şəxs və TIR sürücüsü ifadələrini almaq üçün jandarma bölməsinə aparılıb.
Müxbir: Şəms Elnurqızı