10 C
Baku
13 Aprel 2026, 22:20
Digər

Pikassonun 1 milyon avroluq əsəri xeyriyyə lotereyasına çıxarılıb

Fransada məşhur rəssam Pablo Pikassonun əsəri xeyriyyə məqsədilə lotereyaya çıxarılıb.

Məlumata görə, rəssamın 1941-ci ildə yaratdığı Tête de Femme (“Qadının başı”) adlı əsəri 100 avroluq biletlərlə oynanılacaq. Lotereya biletlərinin sayı 120 minlə məhdudlaşdırılıb və bütün biletlər satılacağı təqdirdə ümumi gəlirin 12 milyon avroya çatacağı gözlənilir.

Toplanan vəsaitin bir hissəsi əsərin sahibi olan Opera Qalereyasına ayrılacaq, əsas hissə isə Alzheimer xəstəliyi üzrə tədqiqatlara yönəldiləcək. Bu məqsədlə vəsait Alzheimer Tədqiqat Fonduna köçürüləcək.

Qeyd edək ki, Pikassonun əsərlərinin lotereya vasitəsilə təqdim edilməsi ilk dəfə deyil. Daha əvvəl keçirilən oxşar kampaniyalar nəticəsində Livanda mədəni layihələr, həmçinin Afrikada su və gigiyena proqramları üçün 10 milyon avrodan çox vəsait toplanıb.

Məlumata əsasən, əsər Parisdə yerləşən Christie’s hərrac evində nümayiş olunur və qalibin müəyyən ediləcəyi püşkatma yaxın günlərdə keçiriləcək.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Rusiyada kosmik sahəyə maraq yüksəkdir, lakin inkişafla bağlı fikirlər birmənalı deyil

Aynur Camal

ABŞ İran limanlarına qarşı dəniz blokadasına başlayıb

Aynur Camal

Nadir bozqır lalələri təbiəti qırmızıya boyadı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu