14 C
Baku
25 Aprel 2025, 2:13
Baş xəbərDünyaMaraqlı faktlar

Pikassonun oğurlanan tablosu tapıldı

Məşhur ispan rəssamı Pablo Pikassonun oğurlanmış tablosu İraqın Diyala əyalətində tapılıb.

Bugun.tv xəbər verir ki, bu barədə rəsmi INA agentliyi məlumat yayıb.

Pikassonun milyonlarla dollar dəyəri olan əsərinin orijinalı iraqlı narkotacirlərin sığınacağı olan evdən tapılıb. İraq polisinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı departamentinin rəisi, polkovnik Bilal Subhi bildirib ki, üç narkotik qaçaqmalçısının həbs olunduğu əməliyyat zamanı məşhur rəssamın oğurlanmış tablosu aşkar edilərək götürülüb.

“Arabnews” qəzetinin yazdığına görə, tablo ilə bağlı təfərrüatlar açıqlanmır. Rəssamın adını daşıyan Pablo Pikasso Fondu bu məsələyə münasibət bildirməyib.

Bugün TV

Oxşar xəbərlər

Əliyev Ermənistandan törətdiyi bütün cinayətlərə görə üzr istəməsini tələb edib

Aynur Camal

İsrail yenidən Suriyanı vurdu

Aynur Əfəndi Zadə

“CinemaPlus” Dubayda keçirilən forumda Azərbaycanı təmsil etdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu