20 C
Baku
26 Oktyabr 2025, 19:19
Baş xəbərDünya

Pilot huşunu itirdi

Varşava-Larnaka reysini həyata keçirən 225 sərnişini olan Wizzair təyyarəsi pilot huşunu itirdikdən sonra Varşava Şopen hava limanına məcburi eniş edib.

Varşava Şopen Hava Limanından Polşanın paytaxtı Varşavadan Cənubi Kiprin Larnaka şəhərinə uçan Airbus A321 tipli təyyarədə pilot huşunu itirib.

225 sərnişini olan Wizzair təyyarəsinin pilotu huşunu itirdikdən sonra digər pilot vəziyyəti dərhal qülləyə çatdırıb və təyyarənin təcili olaraq Varşavaya qaytarılması qərara alınıb.

Pilot yerli vaxtla saat 07:00 radələrində Varşava Şopen hava limanına rəvan eniş edib.

Enişdən sonra huşunu itirən sərnişin təyyarəsinin pilotu təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Larnakaya başqa təyyarə ilə göndəriləcək sərnişinlərin gözləməsi davam edir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Şanlı Müstəqillik Günü – 28 May

Aynur Camal

Həmasdan açıq mesaj: Müharibə bitənə qədər İsrail girovları geri götürə bilməz

Aynur Camal

Ukrayna NATO-ya üzv qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu