15 C
Baku
1 Aprel 2026, 14:01
Baş xəbərDünya

Pilotsuz təyyarəni kim göndərdi? Müzakirələr davam edir

Bugun.tv xəbər verir ki, ötən gün Rusiyanın inzibati mərkəzi olan Kreml Sarayına pilotsuz təyyarələrin müəmmalı hücumu ilə bağlı müzakirələr davam edir.

Kiyev məsuliyyəti rədd edib, Moskva isə ABŞ-ı günahlandırıb.

Ukrayna administrasiyasının “bizimlə heç bir əlaqəsi yoxdur” bəyanatlarına məhəl qoymayan Moskva bu gün də insidentə görə həm Ukraynanı, həm də ABŞ-ı günahlandırmağa davam edib.

Kremlin sözçüsü Dmitriy Peskov Kiyevlə yanaşı, Kremlə də hücum cəhdinin arxasında Vaşinqtonun olduğunu deyib: “Kiyev və Vaşinqtonun hadisə ilə heç bir əlaqəsi olmadığını bildirməsi gülüncdür. Biz yaxşı bilirik ki, Kiyev rejimi təkbaşına Rusiyanın paytaxtı Moskvanın göbəyində yerləşən Kreml Sarayına hücum barədə qərar verə bilməz. Hadisənin arxasında əsl məsul şəxs hücumu əmr edən ABŞ-dır” – deyə o vurğulayıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu