20 C
Baku
28 İyun 2025, 4:06
Baş xəbərDigər

Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub

Bugun.tv-ə verilən məlumata görə, N hərbi hissəsində “Pilotsuz uçuş aparatlarının (PUA) operator-pilot və texnik kursu”nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edənlər PUA-nın İkinci Qarabağ müharibəsində effektiv tətbiqindən danışıblar, kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Bildirilib ki, kurs zamanı dinləyicilərə PUA-nın sökülüb-yığılması, praktiki uçuşların icrası, həmçinin uçuş və kəşfiyyatın aparılmasının növləri üzrə məşğələlər keçirilib. Bununla yanaşı, hərbi qulluqçular müxtəlif ərazi relyeflərində hava kəşfiyyatı apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə nəzəri və praktiki vərdişləri mənimsəyiblər.

Qeyd edək ki, kurs zamanı dərslər Vətən müharibəsi və son döyüş əməliyyatlarında qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilib.

Mənbə: mod.gov.az

Aynur Camal

Oxşar xəbərlər

Zəncirvari yol qəzası: 13 nəfər yaralandı

Aynur Camal

Avrasiyanın bütövlüyü kontekstində Azərbaycan – Çin münasibətləri

Aynur Camal

Ermənistan və İran “bir millət – iki dövlət” elan edildi – İrəvanda FARS

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu