Baş xəbərKriminal

“Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar

Bugun.tv-yə daxil olan məlumata görə, Suraxanı DYPŞ -nın əməkdaşları “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.

Bakı şəhər BPİ DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1974 -cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir.

Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib 1 kq 26 qr heroin aşkarlanıb.

Şübhəli şəxslərlə saxlanılaraq Suraxanı RPİ-yə təhvil verilib. Araşdırmalarla narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq, saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu