14 C
Baku
23 Noyabr 2024, 14:13
Baş xəbərDünya

Pişiklər sözləri şəkillərlə əlaqələndirə biliblər

Məlum olub ki, pişiklər heç bir mükafat və ya göstəriş olmadan sözləri şəkillərlə əlaqələndirə bilirlər. Əvvəlki araşdırmalar göstərib ki, pişiklər adlarına cavab verir və tanıdıqları insanların fotoşəkillərini adları ilə uyğunlaşdıra bilirlər. Yaponiyanın Azabu Universitetinin tədqiqatçıları 31 yetkin ev pişiyi ilə pişiklərin şəkilləri təsadüfi sözlərlə əlaqələndirə bilib-bilmədiyini öyrənmək üçün araşdırma aparıblar. Tədqiqat oktyabrın 4-də Scientific Reports jurnalında dərc olunub.

Təcrübədə pişiklərə körpələrin dil inkişafı araşdırmalarında istifadə edilən test tətbiq edilib. Pişiklərə “keraru” və “parumo” kimi iki mənasız sözlə əlaqəli qısa animasiyalar göstərilib. Bu vaxt mexaniki səs sözləri deyərkən ekranda günəşin və ya onlarla əlaqəli buludların təsvirləri peyda oldu.

Fasilədən sonra pişiklər yenidən ekrana gətirilib. Lakin bu dəfə sözlərlə qoşalaşmış şəkillər əvəzlənib. Alimlər pişiklərin reaksiyalarını diqqətlə araşdırıb və qeyd ediblər ki, pişiklər ilk dəfə olduğundan daha uzun müddət ekrana baxıb və göz bəbəkləri genişlənib.

Tədqiqatçıların fikrincə, pişiklərin bu davranışı onların eşitdikləri sözlərlə təsvirlər arasında mükafat və ya təlim olmadan əlaqə qurduğunu göstərir. Üstəlik, bu əlaqənin körpələrə nisbətən daha tez qurulduğu vurğulanır.

Tədqiqatçılar qeyd edirlər ki, pişiklərin qısa müddət ərzində şəkil-söz uyğunlaşmasına nail ola bilməsi diqqətəlayiqdir. Lakin bu tapıntılar pişiklərin əşyaların adlarını bildiyini ifadə etsə də, bu əlaqələrin uzunmüddətli olub-olmadığını və ya daha çox söz təqdim edildikdə necə reaksiya verəcəyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu söyləyirlər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Şimali Koreyadan yeni silah sınağı!

İntizar Əmirova

İngiltərə ilin ən isti gününü yaşadı

Kəmalə Sultan

Dərəyə düşən şəxs dünyasını dəyişdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu