Bugun.tv xəbər verir ki, Fransada işıqfora narıncı işıq əlavə edilib.
Buna səbəb, piyadalara qırmızıda dayanma vərdişi qazandırmaqdır. Bundan sonra Fransanın bəzi şəhər küçələrində işıqforlarda yaşıldan sonra narıncı işıq yanacaq.
Bu barədə “France Info” xəbər yayıb.
Bildirilib ki, Metz, Nansi, Nant, Nitsa, Strasburq, Tuluza şəhərlərində dayanmaq piyadaların xoşuna gəlmədiyi üçün işıqforlara narıncı işıqlar qoyulub.
Lakin adı çəkilən şəhərlərdən fərqli olaraq Versal müvafiq fərmanın baha başa gələcəyini əsas gətirərək geri çəkiləcəyini açıqlayıb.
Layihədən məsul olan Yol Qəzalarının Qarşısının Alınması Dərnəyi bu qərarı qınayıb.
Son rəy sorğusu göstərdi ki, fransız piyadalar işıqforun qırmızı işığında dayanmağı sevmirlər. Onların səbəb olduğu qəzaların 40 faizi ölümlə nəticələnir.
Mənbə: TRT haber