Bugun.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun VAZ-2016 markalı avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi müəyyən olunub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş qəzanı törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş Vicay İbrahimov polis əməkdaşları tərəfindən Gəncə Beynəlxalq Hava Limanında saxlanılaraq RPŞ-yə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
