14 C
Baku
19 Mart 2026, 18:59
Maraqlı faktlar

“Pizza yoxsa desert? Londonda hamını təəccübləndirən yeni dad”- VİDEO

Londonda təqdim olunan qeyri-adi “karamelli desert pizzası” həm yerli sakinlərin, həm də turistlərin diqqətini cəlb edib. Ənənəvi pizzadan fərqli olaraq şirin tərkiblərlə hazırlanan bu maraqlı yemək sosial şəbəkələrdə qısa müddətdə viral trendə çevrilib.

CNN-in hazırladığı videoreportajda qeyd olunur ki, London şəhərində fəaliyyət göstərən Circus Pizza kafesində klassik pizzadan fərqli olaraq desert əsaslı pizzalar təqdim edir. Burada pizza üzərinə ənənəvi Britaniya şirniyyatlarından biri olan “sticky toffee pudding” (“şirin, karamelli desert pizza”) əlavə olunur.

Videoda çıxış edən xanım bildirir ki, bu pizza adi yeməkdən çox desert kimi təqdim edilir və onun hazırlanmasında karamel sousu, yumşaq keks parçaları və krem istifadə olunur. Nəticədə həm şirin, həm də xırtıldayan tekstura əldə edilir.

Onun sözlərinə görə, bu qeyri-adi kombinasiya ilk baxışda fərqli görünsə də, dad baxımından uğurlu alınır və xüsusilə şirniyyat sevənlər üçün maraqlı təcrübə yaradır.

Qeyd olunur ki, belə innovativ yanaşma Londonun zəngin və eksperimental kulinariya mədəniyyətinin bir nümunəsi hesab edilir və qısa müddətdə sosial mediada viral trendə çevrilib.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Turizmin kütləvi təsirindən uzaq qalan nadir adalar açıqlanıb

Aynur Camal

Alimlər zehni aydın saxlamağın gözlənilməz yolunu açıqlayıb

Aynur Camal

Sadə, sürətli, dadlı və faydalı səhər yeməyi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu