İngiltərənin paytaxtı Londonda PKK-ya qarşı müxtəlif ünvanlarda keçirilən əməliyyatda 6 nəfər saxlanılıb. Nəzarətə alınan şəxslərin 23, 27, 31, 56, 59 və 61 yaşlarında olduğu açıqlanıb. Saxlanılanlardan 2-nin qadın olduğunu bildirən London polisi hər kəsi qorumağı hədəflədiklərinin vurğuladı. İngiltərə polisi terror təşkilatı PKK-ya qarşı apardığı istintaq çərçivəsində 2-si qadın olmaqla 6 nəfəri saxlayıb.
London Metropoliten Polisi, Terrorla Mübarizə Müdirliyinin bu səhər Londonun müxtəlif ünvanlarında əməliyyatlar keçirdiyini açıqlayıb.
Terror təşkilatı PKK ilə əlaqəsi olduğu ehtimal edilən fəaliyyətlərlə bağlı aparılan istintaqda 23, 27, 31, 56, 59 və 61 yaşlarında 2-si qadın olmaqla 6 nəfər saxlanılıb.
İstintaq çərçivəsində Londonda 8 ünvanda axtarışa başlanılıb, axtarış edilən ünvanlar arasında Londonun şimalındakı Haringey bölgəsindəki Kürd İcma Mərkəzi də var, polis isə icma mərkəzində araşdırmanın 2 həftə çəkə biləcəyini bildirib.
London polisi də axtarışların aparıldığı ünvanların ətrafının piyada və avtomobillərin hərəkətinə bağlandığı barədə məlumat paylaşıb. Axtarış aparılan ərazilərdə polis və patrulların sayının artırılacağı da ictimaiyyətə açıqlanıb.
Bəyanatda qiymətləndirmələri yer alan Terrorla Mübarizə Müdiri vəzifəsini icra edən Helen Flanaqan əməliyyatın PKK ilə əlaqəsi olduğu güman edilən fəaliyyətlərlə bağlı mühüm araşdırmadan sonra həyata keçirildiyini bildirib.
“Ümid edirəm ki, həbslər bizim heç bir terror fəaliyyətinə dözməyəcəyimizin göstəricisidir və bunun Böyük Britaniyada və ya başqa yerlərdə icmalara zərər verdiyini düşündüyümüz yerdə tədbirlər görəcəyik”, – Flanaqan deyib.
Sözügedən əməliyyatın hər kəsi, xüsusilə də ölkədə yaşayan türk və kürd icmalarını qorumaq məqsədi daşıdığını vurğulayan Flanaqan deyib:
“PKK-ya bağlı insanlar tərəfindən təsir altına alındığını və ya hədəf alındığını düşünən hər kəsi bizimlə əlaqə saxlamağa çağırıram. İcma mərkəzinin bağlanmasının narahatçılığa səbəb ola biləcəyini bilirik. Məmurlar mümkün qədər tez işləyəcək, lakin iddialar çox ciddidir və buna görə də belədir. Mümkün qədər çox sübutun müəyyən edilməsinə və toplanmasına diqqət yetirilməlidir”.
Mənbə: Hurriyet.Tr