“PKK terror təşkilatının liderləri bundan sonra, heç bir perspektivin olmadığının, geosiyasi reallıqların Türkiyənin leyhinə dəyişdiyinin fərqinə varıblar.
Həmçinin terror təşkilatına dəstək verən xarici mərkəzlərin regionda apardığı siyasət PKK vasitəsilə nəticəsiz olub.
Bildiyimiz kimi, PKK – nin ayaqda qalmasında Türkiyədə bəzi siyasətçilərin marağında idi. Türkiyə prezidenti R. T. Ərdoğan PKK dəstək verən daxili mərkəzləri neytrallaşdırdı. Və Suriyanın şimal -Şərqində Kürd silahlıları mövcudluğunu qoruyub saxlayır. Onların da PKK ilə bağları istisna deyil. Bu qruplarında sıradan çıxarılması gözlənilir.
Türkiyədə PKK probleminin həlli AKP növbəti seçkilərdə uğur qazandıra bilər”.
