Bugun.tv xəbər verir ki, İraqın şimalından Türkiyəyə qarşı bir çox hücumlarda iştirak edən PKK terrorçusu Zəfər Akgün Türkiyə Silahlı Qüvvələrinin təşkil etdiyi əməliyyatda zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, sözügedən əməliyyat bölgəyə cəlb edilən TİHA ilə keçirilib.
Araşdırmalardan sonra zərərsizləşdirilən terrorçular arasında Türkiyə və İraqın şimalından Mehmetçikə qarşı bir çox hücumlarda iştirak edən Zana Govend kod adlı terrorçu Zəfər Akgünün də olduğu müəyyən edilib.
Mənbə: TRT Haber
