13 C
Baku
15 Aprel 2026, 20:22
Digər

Planetar dumanlıqda ulduz tozu hissəciklərinin yaranması ilk dəfə müşahidə olundu

Bugun.tv xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Astronomiya Cəmiyyətinin (RAS) mətbuat xidməti məlumat yayıb. “Biz planetar dumanlığın sakit bölgələrində silikatların xırda hissəciklərinin yaranmasını, eləcə də ən qaynar və turbulent zonalarda amorf üzvi hissəciklərin formalaşmasını izləyə bildik. Bu isə planetlərin “tikinti materiallarının” necə yarandığını öyrənmək istiqamətində böyük bir addımdır”, – deyə Kardiff Universitetinin (Böyük Britaniya) əməkdaşı Mikaко Maçuura bildirib. Alimlərin izahına görə, planetar dumanlıqlar hidrogen ehtiyatlarını tükədərək öz xarici təbəqələrini atmış, nisbətən az kütləli qədim ulduzların qızmar qalıqlarıdır. Onlar ağ cırtdana çevrilməzdən əvvəl bu mərhələdən keçir. Qaynar plazma buludları zamanla soyuyur, sonradan yeni ulduzlar və planetlərin yaranmasına səbəb olan ulduz tozu hissəcikləri əmələ gətirir.

Bugün TV

Oxşar xəbərlər

“Meksikalıları hər səviyyədə müdafiə edəcəyik”

Aynur Camal

Təhlükəli beyin xəstəliyi niyə orta yaş böhranı ilə səhv salınır

Aynur Camal

Həkim: banan əhval-ruhiyyəni yaxşılaşdırır və yuxuya müsbət təsir edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu