7 C
Baku
5 Fevral 2025, 10:38
Dünya

Plastik əməliyyat üçün yaş həddi 14-ə endirilib

İran Rinologiya Dərnəyinin İdarə Heyətinin üzvü İbrahim Rezmpa bildirib ki, estetik əməliyyatlar üçün yaş həddi qızlar üçün 14, oğlanlar üçün isə 16 yaşa endirilib. İran Tələbələr Xəbər Agentliyinə (İSNA) danışan Rezmpa mövzu ilə bağlı məlumat verib.

Elmi baxımdan bu yaş azalıb və qızlar 14, oğlanlar isə 16 yaşından əməliyyat oluna bilər”, – Rezmpa bildirib.

Daha əvvəl yaş məhdudiyyətinin 18 olduğuna diqqət çəkən Rezmpa, bu baxımdan yaşla yanaşı böyümə, fiziki və psixoloji inkişafın, mənəvi və şəxsi yetkinliyin də təsirli olduğunu bildirib.

Plastik əməliyyatlarda nəzərəçarpacaq artım olduğunu deyən Rezmpa ölkədə aparılan plastik əməliyyatların sayı barədə məlumat verməyib.

Hesab olunur ki, İranda plastik əməliyyatların bu artımının arxasında həmyaşıdların zorakılığı, media və mədəni təsirlər dayanır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Sərnişin avtobusu torpaq altında qaldı: 4 ölü

Aynur Camal

Torpaq sürüşdü: 100 işçi şaxtalarda qaldı

Aynur Camal

Meşə yanğını: Ulduzların evləri təhlükə altındadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu