Baş xəbərDünya

Pokemon kartı 360 min dollara satıldı

ABŞ-ın Nyu-York şəhərində keçirilən Sotheby’s hərracında nadir Pokemon cizgi seriyası oyun kartı 360 min dollara satılıb.

ABŞ-da keçirilən hərrac bu dəfə Pokemon cizgi filmi seriyasından kartın satışı ilə gündəmə gəlib.

Yaponiyanın Kyodo agentliyinin xəbərinə görə, 1998-ci ildə buraxılan kartda cizgi filminin ən tanınmış personajlarından biri olan “Pikaçu” var.

Nyu-Yorkdakı Sotheby’s hərrac evində hərracda 360 min dollara satılan kart yalnız 39 rəsmi nüsxədən biridir.

Sözügedən 39 kart 1998-ci ildə Yaponiyada nəşr olunan “CoroCoro Comic” jurnalının təşkil etdiyi rəsm müsabiqəsinin qaliblərinə paylanıb.

Sotheby’s həmçinin açıqladı ki, kartda Pokemon cizgi filmləri seriyasının ticarət kartı oyununun yaradıcılarından biri Takumi Akabanenin də imzası var.

Kartın satıcısı və onun yeni sahibi haqqında məlumat verilməyib.

Kartlardan biri 2021-ci ildə 5 milyon 275 min dollara satılaraq “ən bahalı Pokemon kartı” olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu