8 C
Baku
12 Dekabr 2024, 11:31
Baş xəbərDünya

Polen allergiyasına qarşı xəbərdarlıq!

Bugun.tv xəbər verir ki, Fransada havada tozcuq konsentrasiyasının artması ilə əlaqədar 81 bölgədə allergik vəziyyətə qarşı “qırmızı xəbərdarlıq” elan edilib.

Milli Aerobiologiya Müşahidə Şəbəkəsindən (RNSA) verilən açıqlamaya görə, tozcuqlar ölkənin əksər hissəsində qüvvəyə minməyə başlayıb.

Tozcuqların allergik vəziyyətə səbəb olması riskinə qarşı şimal və şimal-qərb bölgələrində orta səviyyəli “sarı həyəcan”, riskin yüksək olduğu 81 bölgədə isə ən yüksək “qırmızı həyəcan” təyin edilib.

Xüsusilə yaz aylarında bitki və çiçəklər vasitəsilə havaya qarışan çiçək tozcuqları başda tənəffüs yolları olmaqla bir çox allergik xəstəliklərə səbəb ola bilər.

RNSA-nın məlumatına görə, Fransada əhalinin 25 faizi tənəffüs yollarının allergik xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliklərə səbəb olaraq polen göstərilib.

Qurum Twitter-də paylaşdığı qrafikdə polen allergiyasının qarşısını almaq üçün saçları yumaq, paltarları çöldə qurutmamaq, səhər və axşam ətrafı havalandırmaq, siqaret və ətir kimi allergiyanı ağırlaşdıran maddələrdən uzaq durmaq, tez-tez çölə çıxmaq məsləhət görülüb.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

General-mayor Polad Həşimovun xatirəsi yad edilib

Sevinc Sadıqova

Microsoft Rusiyada öz xidmətini dayandırdı

Aynur Camal

Orucluğun 9-cu gününün vaxt və duaları

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu