27 C
Baku
21 İyul 2025, 7:54
Baş xəbərKriminal

Polis əməkdaşları silsilə əməliyyatlar həyata keçirildi

Bugun.tv xəbər verir ki, Polis əməkdaşları tərəfindən kibertalama və kiberdələduzluq hallarına qarşı ötən gün silsilə əməliyyatlar həyata keçirilib.

Polis əməkdaşları tərəfindən kibertalama və kiberdələduzluq hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı bank kartlarından oğurluq edən daha bir nəfər 1973-cü il təvəllüdlü Rövşən Rəhimov saxlanılıb.

Araşdırma zamanı onun bankomatların yanında dayanaraq “yardım” etmək adı ilə pul çıxaran vətəndaşlara yaxınlaşdığı, daha sonra onların kart məlumatlarını əldə etdiyi və hesabda olan vəsaitləri ələ keçirdiyi məlum olub.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə bank kartlarından müxtəlif üsullarla oğurluqlar edən 2000-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Vilad Əliyev saxlanılıb. Onun ümumilikdə Abşeron rayonunun müxtəlif qəsəbələrində 5 nəfərin kart məlumatlarını ələ keçirərək pul vəsaitlərini taladığı müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı bank kartlarından oğurluq edən Mingəçevir şəhər sakini, 1996-cı il təvəllüdlü Ramil Salmanov da saxlanılıb. Onun ümumilikdə 5 nəfərə qarşı kiberdələduzluq əməllərinə yol verdiyi müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Kəmalə Sultan

Oxşar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüb

Aynur Camal

İlham Əliyev Ankarada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdi

Bugün TV

J.Əhmədova : “Azərbaycanın energetika sistemi daha da güclənəcək”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu