21 C
Baku
11 İyun 2025, 2:05
Baş xəbərKriminal

Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat keçirilir 

 

Bugun.tv xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər də narkotiklərin satışını təşkil edən keçmiş məhkum Rəşad Quliyev saxlanılıb. Onun üzərindən 3 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni “instagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından onlayn yolla əldə edib. Həmçinin narkokuryerliyə cəlb olunduğunu da bildirib. Rəşad Quliyev barəsində İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, Binəqədi rayonunda cari ilin may ayının əvvəlindən təxirəsalınmaz əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 46 nəfər saxlanılıb. Onların hər biri barəsində araşdırmalar davam etdirilir.

Təxirəsalınmaz əməliyyatlar zamanı Biləcəri və ətraf ərazilərdə 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət oğurlayan şəxs saxlanılıb. O, Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş Vaqif Hümbətovdur. Həmçinin, Binəqədi qəsəbəsində 10-dan çox mənzildə silsilə oğurluq cinayətləri törədən əvvəllər də  məhkum olunmuş Əlikram Əliyev saxlanılıb. Qadınlara qarşı soyğunçuluq edərək zərərçəkənlərin mobil telefonlarını, eləcə də pul vəsaitlərini ələ keçirən Əziz Paşayev, Sadiq Əmrəliyev və sonuncunun tanışı Nofəl Ramazanov da saxlanılaraq istintaqa təqdim ediliblər.

Binəqədi rayonu ərazisində vətəndaş məmnunluğunun təmin edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri davam etdirilir

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Moskvada bayram namazı qılındı

Kəmalə Sultan

Şəhidimizlə vida mərasimi keçirilir – FOTO

Aynur Camal

3,7 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu