8 C
Baku
22 Dekabr 2025, 2:42
Baş xəbərKriminal

Polis həyat yoldaşını və övladlarını güllələdi

Bugun.tv xəbər verir ki, hadisə Konyanın Səlçuklu rayonunda baş verib. Təqaüddə olan polis 55 yaşlı Salim Özçelik həyat yoldaşı Semranı, qızı Aslıhan  və oğlu Mehmeti tapança ilə güllələyib.

Hadisə səhər saat 07:30 radələrində Beyhekim Mahallesi, Ali Dəmirtaş küçəsində qeydə alınıb. Bir ay əvvəl polisdən təqaüdə çıxan Salim Özçelik həyat yoldaşı Semra, 20 yaşlı qızı Aslıhan və 24 yaşlı oğlu Mehmet Özçelikə naməlum səbəbdən atəş açıb.

Hadisə yerinə polis və həkim briqadası gəlib. Yaralılardan 50 yaşlı Semra Özçelik, Səlcuq Universiteti Tibb Fakültəsi Xəstəxanasına, övladları  isə Beyhekim Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Ananın vəziyyətinin ağır olduğu bildirilib. Salim Özçelik polis qrupları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Mənbə: Hüriyyet

Kəmalə Sultan

Oxşar xəbərlər

Avtomobil dirəyə çırpıldı: 2 yaralı var

Bugün TV

İki ölkənin sərhədləri dəyişdi! Xəritə yenidən çəkiləcək

Aynur Camal

ABŞ dövlət katibi Blinken Cənubi Kipr lideri Xristodulides ilə görüşdü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu