28 C
Baku
10 Sentyabr 2025, 17:11
Dünya

Polis təlim təyyarəsi qəzaya uğrayıb: Sağ qalan yoxdur

İranın Gilan vilayətinin Rəşt şəhərində polis təlim təyyarəsi qəzaya uğrayıb. Texniki nasazlıq səbəbindən qəzaya uğrayan təyyarənin ekipajından sağ qalan olmayıb.

İranın şimalındakı Gilan əyalətinin Rəşt şəhəri yaxınlığında təyyarə qəzası baş verib. Arızalı məşq təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin olduğu öyrənilib.

POLİS TƏLİM TƏYYƏYƏRİ PARÇALANIB

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsi təlim təyyarəsinin Rəşt şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı açıqlama verib.

3 NƏFƏR HƏYATINI İTİRDİ

Açıqlamada qeyd edilib ki, Rəşt şəhəri yaxınlığında qəzaya uğrayan yüngül təlim təyyarəsində pilot, ikinci pilot və uçuş mühəndisi də daxil olmaqla üç nəfərlik ekipaj həyatını itirib.

Qəzanın SƏBƏBİ AÇIQ OLDU

Qəzaya səbəbin texniki nasazlıq olduğu bildirilsə də, təyyarənin modeli ilə bağlı məlumat paylaşılmayıb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İsrailin evlərini tərk etməsini tələb etdiyi Qəzzada yüz minlərlə fələstinli Şifa xəstəxanasına sığınır

Bugün TV

Subay gənclərin xoşbəxtliyinin açarı məlum oldu: Söhbət dostluqdan gedir

Aynur Camal

Haiti Senatının sədri güllələnib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu