7 C
Baku
12 Fevral 2026, 16:55
Baş xəbər

Polis əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarış keçirilib-FOTO

Zərdab Rayon Polis Şöbəsinin və Daxili Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Zərdab şəhər 1 nömrəli məktəb-liseyində polis əməkdaşları arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib. Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Çıxış edən qonaqlar müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu və dövlətimizin tərəqqisi naminə gördüyü işlər barədə geniş məlumat veriblər və yarış iştirakçılarına uğurlar arzu ediblər. Özünü müdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalıb gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

Bugün TV

Oxşar xəbərlər

“Azərbaycan rəqəmsal iqtisadiyyat sahəsində yeni addımlar atır”

Aynur Camal

Azərbaycan-ABŞ strateji tərəfdaşlıq xartiyası imzalandı

Aynur Camal

Vətən müharibəsi iştirakçısı vəfat etdi – Foto

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu