28 C
Baku
14 İyun 2025, 15:48
Dünya

Polis əməliyyatı: 100 dəstə üzvü öldürüldü

Haitidə polis pilotsuz uçuş aparatı (PUA) ilə keçirdiyi əməliyyatda 48 saat ərzində 100-dən çox dəstə üzvünü zərərsizləşdirib. Milli mətbuatın məlumatına görə, paytaxt Port-o-Prinsin müxtəlif yerlərində dəstələrin nəzarətində olan ərazilərə pilotsuz təyyarələrlə hücumlar həyata keçirilib. Əməliyyatlarda azı 100 dəstə üzvünün öldürüldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.

Səlahiyyətlilər tərəfindən heç bir rəsmi açıqlama verilməsə də, Milli İnsan Hüquqlarını Müdafiə Şəbəkəsi (RNDDH) əməliyyatı təsdiqləyib.

Polisin bir çox yerdə əməliyyatlarını davam etdirdiyi bildirilir.

Birləşmiş Millətlər Təşkilatının Haiti üzrə İnteqrasiya Ofisinin (BINUH) məlumatına görə, təkcə bu ilin ilk üç ayında silahlı dəstələr, özünümüdafiə qrupları, qeyri-mütəşəkkil insanlar və təhlükəsizlik qüvvələrinin iştirakı ilə baş verən zorakılıqlarda 1617 nəfər həyatını itirib, 580 nəfər isə yaralanıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Terrorçular 30 nəfəri girov götürdü

İntizar Əmirova

Əlcəzair Qəzzaya qoşun yeritməyə hazır olduğunu açıqladı

Aynur Camal

PKK-nın rəhbərlərindən biri İraqda zərərsizləşdirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu