22 C
Baku
3 İyun 2025, 12:30
Baş xəbərKriminal

Polisin operativliyi vətəndaşı sevindirdi

Bugun.tv xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşları xidmətdə olarkən şəhər ərazisindəki parklardan birindən cüzdan tapıblar. İçərisində 340 manat pul, bank kartları və azyaşlıya məxsus şəxsiyyət vəsiqəsi olan cüzdanın sahibini tapmaq üçün dərhal axtarışa başlayıblar. Şəxsiyyət vəsiqəsi əsasında həmin uşağın ailəsi və yaşadıqları ünvan dəqiqləşdirilərək pulqabının sahibi olan şəxsin rayon sakini B.Eynullayeva olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən qısa vaxt ərzində cüzdanı həmin qadına təhvil verilib. Cüzdanını park və ticarət obyektində axtarsa da tapmadığından ümidsizliyə qapıldğını bildirən qadın polis əməkdaşlarından gələn zəngin hədsiz sevincinə və heyrətinə səbəb olduğunu etiraf edib. B.Eynullayeva polis əməkdaşlarına operativlik və yüksək peşəkarlıqlarına görə təşəkkürünü bildirib, hər zaman vətəndaşların təhlükəsizliyinin keşiyində olan Azərbaycan Polisinə dərin minnətdarlığını ifadə edib.

Kəmalə Sultan

Oxşar xəbərlər

6 miqrant qaçaqmalçısı tutuldu

Bugün TV

Sanksiyaların 10-cu paketinin təfərrüatları məlum olub

Aynur Camal

“Brovarıdakı faciə işğalçı müharibənin sonucudur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu