Bugun.tv xəbər verir ki, Ədirnədə polisin “saxla” xəbərdarlığına tabe olmayan mühacir qaçaqmalçısı şübhəlisinin idarə etdiyi avtomobil məscidin bağçasına uçarkən, saxlanılan digər avtomobildə 9 miqrant yaxalanıb. Sürücünün sükanı itirməsi nəticəsində qaçan avtomobillərdən biri Çakır Ağa məscidinin bağçasına uçub. Qəzadan xəsarət almadan sağ çıxan avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Digər bir avtomobil isə polis qrupları tərəfindən tutuldu.
TRT Haberin məlumatına görə, təqib nəticəsində tutulan immiqrant qaçaqmalçıları nəzarətə alınarkən, qaçan digər şübhəlilərin tutulması üçün geniş miqyaslı araşdırma başladıldı.
Müxbir: Şəms Elnurqızı