Maraqlı faktlar

“Polislər ona tək olmadığını xatırlatdı”

“İtaliyada yaşayan 87 yaşlı qadın tənha və ac olduğu üçün polisə müraciət edib. Polislər ona makaron bişirib, onun tək olmadığını xatırladıblar” – bu barədə məlumatı  türk sosial mediası paylaşıb.

Hadisə İtaliyanın Florensiya şəhərində baş verib. Qeyd olunub ki, qadının adətən ona baxan qohumu olurdu, amma o, bir neçə gün əvvəl gəlməyib.  Oğluna da zəng etməyi istəməyən qadın özünə şam yeməyi hazırlamağa çalışıb, amma bacarmayıb. O, qol ağrısı və yorğunluqdan şikayət edərək 113-ə (polis təcili yardım xəttinə) zəng edib.

Polis vəziyyətə aydınlıq gətirmək üçün avtomobillə Antonio və Cüzeppe adlı iki polis əməkdaşını kömək istəyən ünvana göndərib. Həmin zabitlər də qadına pomidor sousu ilə ravioli bişirib yeməyə kömək ediblər.

Aynur Camal

Oxşar xəbərlər

Stress zamanı niyə bəziləri çox yeyir, bəziləri isə iştahasını itirir?

Aynur Camal

Qadın arılar və mum onların davranışını dəyişir

Aynur Camal

Gizli incilərindən biri: El Hierro adası turist axınından uzaq qalır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu